Tramp: İranın nüvə proqramına zərbələr İsrail-HƏMAS razılaşmasında həlledici rol oynayıb
ABŞ Prezidenti Donald Tramp İsrail-HƏMAS atəşkəs razılaşmasının əldə olunmasının yeni təfərrüatını açıqlayıb.
ABŞ Prezidenti “Fox News”a bildirib ki, ABŞ-ın İranın nüvə proqramına zərbələri bu məsələdə həlledici rol oynayıb.
“Düşünürəm ki, bu, həqiqətən də İranın nüvə qabiliyyətini aradan qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri ilə bu müqaviləni bağlaya bilməzdin”, - deyə Tramp qeyd edib.