azturkxeber.az
http://azturkxeber.az

İran XİN: “Şimal-Cənub” dəhlizi dövlətlərin iqtisadi inkişafı ilə yanaşı xalqların daha da yaxınlaşmasını təmin edir

14-10-2025

İran XİN: “Şimal-Cənub” dəhlizi dövlətlərin iqtisadi inkişafı ilə yanaşı xalqların daha da yaxınlaşmasını təmin edir

Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün üçtərəfli görüş vacib platformadır. Məsələlərin müzakirəsi və əldə olunan nəticələr tərəflər üçün səmərəlidir.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran, Azərbaycan və Rusiya regionun aparıcı dövlətləridir.

“Bu dövlətlər arasındakı iqtisadi əlaqələrin inkişafı nəqliyyat və tranzit sahəsinin də inkişafına təsir göstərir. Bakı şəhərində baş tutmuş İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş regionda koordinasiya üçün əhəmiyyətli mexanizmdir. Bu format iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində mövqelərin yaxınlaşdırılmasına xidmət edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi dövlətlərin iqtisadi inkişafı ilə yanaşı xalqların daha da yaxınlaşmasını təmin edir ki, bu da hər üç dövlətin milli maraqlarına xidmət edən amildir. İran dəhlizin fəaliyyətinin artırılması istiqamətində qonşuları ilə daha yaxın əməkdaşlığa hazırdır”, - deyə İ.Bəqai nəzərə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031