azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib

13-10-2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.

Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Oktyabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.

Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031