azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniya ilə Türkiyə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib

14-10-2025

Böyük Britaniya ilə Türkiyə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Kir Starmer Prezident Ərdoğana atəşkəsin əldə olunması və müharibəyə son qoyulması prosesində oynadığı mühüm roluna görə təşəkkür edib. Tərəflər bildiriblər ki, mövcud vəziyyət dönüş nöqtəsi olmalı və sülh planının həyata keçirilməsi istiqamətində irəliləyiş davam etdirilməlidir. Kir Starmer deyib ki, Böyük Britaniya prosesin növbəti mərhələsində aparıcı rol oynamağa hazırdır.

Görüş zamanı, həmçinin iki ölkə arasında ortaq prioritetlər müzakirə olunub və müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031