Bakıda daha bir marşrutun avtobusları yenilənir
Paytaxtın Sabunçu dəmoryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.