azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq ekspertlər Azərbaycanın vergi sistemi ilə bağlı qiymətləndirmə aparırlar

14-10-2025

Azərbaycan Respublikasının 2013-cü ildən üzv olduğu OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu tərəfindən mütəmadi olaraq üzv ölkələrdə vergi məlumatlarının digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsi həyata keçirilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu proses çərçivəsində mövcud normativ - hüquqi bazanın beynəlxalq standartlara uyğunluğu və təcrübədə tətbiqi səviyyəsi, həmçinin ölkənin məlumat mübadiləsi sisteminin beynəlxalq tələblərə uyğunluq səviyyəsi müvafiq reytinq balı ilə qiymətləndirilir.

Məlumata əsasən, Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi üzrə qiymətləndirmə çərçivəsində Qlobal Forumun ekspertləri Bakıya səfər ediblər. Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində keçirilən görüşlərdə digər dövlət qurumları və maliyyə institutlarının nümayəndələri də iştirak ediblər.

Görüşlər zamanı Azərbaycanda maliyyə sektorunda mövcud vəziyyət, məlumat mübadiləsinin effektiv təşkili üçün tətbiq edilən həllər və prosesin təkmilləşdirilməsi üçün resurslar barədə məlumatlar diqqətə çatdırılıb. Beynəlxalq ekspertlərə ölkəmizin vergi və maliyyə sektorunu əhatə edən qanunvericilik, risklərin təhlili, əməletmə strategiyası, effektivliyə nail olmaq üçün beynəlxalq əməkdaşlıq, hesabatlılıq tələblərinə uyğunlaşma, kommunikasiyanın təşkili kimi sahələrdə tətbiq edilən mexanizmlər barədə məlumat verilib.

Özəl sektorda maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulması, hesabların açılması zamanı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi və prosesin müvafiq standartlara tam uyğun aparılması barədə rəylər müzakirə edilib.

Qeyd olunub ki, Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən qeyri-rezident şəxslərin maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanılması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb və Azərbaycanda tətbiqinə 2017-ci il iyulun 1-dən başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031