Misir Prezidenti: Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik
Prezident Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik.
Bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə bildirib.
“Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir”, - deyə əs-Sisi vurğulayıb.
Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.