Əbdülfəttah əs-Sisi: Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir
Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir.
Bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.
Prezident Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.