azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında səhiyyənin 9 aylıq yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

11-10-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2025-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda səhiyyə naziri Samiq Sadıxov, nazirliyin aparat rəhbərliyi, struktur bölmələrin və tabeli tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə cari ilin 9 ayı ərzində səhiyyə sistemində görülmüş işlərin nəticələri, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Kollegiyada nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib, əsas diqqət tibbi infrastrukturun yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığının təkmilləşdirilməsi və regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məsələlərinə yönəlib.

Nazir Samiq Sadıxov çıxışında səhiyyə sahəsində aparılan islahatların davamlılığının təmin edilməsinin, eləcə də əhali sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqinin genişləndirilməsi və tibbi müəssisələr arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

İclasın sonunda mövcud problemlərin aradan qaldırılması, illik hədəflərin uğurla icrası və növbəti dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq göstərişlər verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031