azturkxeber.az
http://azturkxeber.az

Nərimanov və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

09-09-2025

Nərimanov və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən şəxs yaşadığı mənzildən 9 min 500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G. Xəziyeva müəyyən olunaraq saxlanılıb.

Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R. Nəsibli, 25 yaşlı İ. Əhmədov, həmyaşıdı Y. Ağayev və 20 yaşlı A. Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930