azturkxeber.az
http://azturkxeber.az

XAQAN ƏHMƏD YENƏ QALİB OLDU

22-07-2025

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsində daha bir yarış başa çatıb. Layihənin beşinci yarışı “Guba Open”də son turun oyunları keçirilib.

Festivalın A qrupunda Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. Xaqan Əhmədlə eyni 7 xal toplayan Şimali Makedoniya təmsilçisi Yevgeni Romanov əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub. 9 turda 6,5 xal toplayan Vüqar Manafov üçüncü yerdə qərarlaşıb.

B turnirində 8 xal toplayan Həmzə Rzazadə birinci olub. Aktivində 7,5 xal olan Kənan İmranlı və Elgün Malikov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Festivalı çərçivəsində keçirilən rapid turnirində Vüqar Manafov qələbə qazanıb. Eyni xala malik Süleyman Süleymanlı ikinci yerlə kifayətlənib. Maraqlıdır ki, bu şahmatçılar blits turnirində də ilk pillələrdə qərarlaşıb. Blitsdə Süleyman Süleymanlı birinci, Vüqar Manafov ikinci olub.

Qeyd edək ki, "Guba Open" festivalında 10 ölkədən 237 şahmatçı mübarizə aparıb. Yarışda Azərbaycanla yanaşı Almaniya, İsrail, Küveyt, Ukrayna, Latviya, Türkiyə, Gürcüstan, Şimali Makedoniya və Hindistandan olan şahmatçılar iştirak edib.

Azərbaycan Şahmat Turuna aid növbəti yarış Bakıda təşkil olunacaq “Vugar Gashimov Open” olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031