azturkxeber.az
http://azturkxeber.az

Zəfər Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub

07-11-2024

Noyabrın 7-də Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Zəfər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb.

Şəhidlər xiyabanı ziyarət edilərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən oğullarının məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət İkinci Şəhidlər xiyabanına gəlib. Burada hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhid ailələri və yaxınları ilə görüşərək çay süfrəsi arxasında səmimi söhbət aparan müdafiə naziri general-polkovnik Zakir Həsənov onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930