azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər

08-11-2025

Zəfər Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiram nümayiş etdirib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə qızılgüllər düzülərək xatirəsi hörmətlə yad olunub.

Sonra Şəhidlər xiyabanına gələn hərbi qulluqçular Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Hərbi Memorial Məzarlığı ziyarət edib.

Burada hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərək ruhları hörmətlə anılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930