azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

16-02-2025


Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, təhsil, mədəniyyət və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verdiyini qeyd edib. Tərəflər həmçinin Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar. Regionda sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyəti bir daha vurğulanıb.

Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin beynəlxalq platformalarda da öz əksini tapdığı vurğulanıb. İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladığını bildirərək, ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxşı imkanların mövcudluğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728