azturkxeber.az
http://azturkxeber.az

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

15-02-2025


Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728