Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 5-nə təyin edilmiş iclasında baxılacaq.