azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini yola salıb

12-02-2025


Bu gün Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

 Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon dollar manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevralda göndərilib.

Jurnalistlərə açıqlamasından Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov bildirib ki, adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Onun sözlərinə görə, Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon dolları keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3,4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728