azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev: İranla dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk

11-02-2025

Prezident İlham Əliyev: İranla dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk


Prezident İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Prezident Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.

Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Azərbaycan Prezidenti belə bir xoş gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728