Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib.
AzTurkxeber.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü sosial şəbəkədə bildirib.
“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı xarici ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.
Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır”, – o qeyd edib.