azturkxeber.az
http://azturkxeber.az

Yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb- Faktiki hava

26-01-2025 Baxılıb: 4

Yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb- Faktiki hava


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.

Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031