azturkxeber.az
http://azturkxeber.az

Ötən il 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

27-01-2025 Baxılıb: 45

Ötən il 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib


2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, ötən il 52 nəfər prokurorluq orqanlarına işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031