Milli Məclisin komitə sədri vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Şərur rayon vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib.
27 yanvar 2025-ci il tarixində 2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov Şərur rayon vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib.
Qəbulda müraciət edənlər müharibə veteranları, Qışlaqabbas və İbadulla kəndlərinin ağsaqqalları və sakinləri olmuşlar.
Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.