Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.