Səlahiyyətli nümayəndə 4-32 saylı seçki məntəqəsində səs verib
Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 4-32 saylı seçki məntəqəsində səs verib.
AzTurkxeber.az xəbər verir ki, 2025-ci il yanvarın 29-u ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada 330 məntəqədə səsvermə prosesi həyata keçirilir və 44 bələdiyyəyə 512 üzv seçiləcək.