Milli Məclisin deputatı Günay Ağamalı 28 Yanvar 2025-ci ildə Salyan rayonunun 9 saylı uşaq bağçasında aparılan təlim-tərbiyə prosesi, uşaqların inkişafına yönəldilmiş metodik yanaşmalarla yaxından tanış olub
Milli Məclisin deputatı Günay Ağamalı 28 Yanvar 2025-ci ildə Salyan rayonunun 9 saylı uşaq bağçasında aparılan təlim-tərbiyə prosesi, uşaqların inkişafına yönəldilmiş metodik yanaşmalarla yaxından tanış olub.
AzTurkxeber.az xəbər verir ki, görüşdə Salyan-Şirvan regional təhsil idarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov iştirak edib.
Millət vəkili Günay Ağamalı uşaqlar üçün yaradılan tədris mühiti, uşaqların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün tətbiq olunan innovativ yanaşmalarla, oyun və təlim vasitələri ilə maraqlanıb.
Bağça əməkdaşları uşaqların gündəlik fəaliyyətləri, psixoloji dəstək mexanizmləri və erkən yaş təhsili üzrə aparılan işlər barədə məlumat veriblər.
Milli Məclisin deputatı Günay Ağamalı bağçada uşaqlar üçün yaradılmış şəraitlə də tanış olub. O, tədris otaqları, oyun meydançalarına baxış keçirərək, uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri üçün görülən işləri yüksək qiymətləndirib.
Sonda Günay Ağamalı
gələcək nəslin formalaşmasında tərbiyəçilərin oynadıqları mühüm rolu xüsusi vurğuladı, onlara fəaliyyətlərində uğurlar dilədi.