azturkxeber.az
http://azturkxeber.az

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üçün işçi qrupları yaradılıb

30-01-2025 Baxılıb: 34

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üçün işçi qrupları yaradılıb


Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb.

Azərbaycan Mərkəzi Bankındanbildirilib ki, beləliklə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.

İşçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.

Görüşdə, həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031