Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.
AzTurkxeber.az -ın məlumatına görə, komitə sədri Emin Şıxəliyev iclasda Ali Məclisin 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.
Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.