azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında növbəti mühazirə dinlənilib

28-01-2025 Baxılıb: 83

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində kadr hazırlığını həyata keçirən müvafiq tədris müəssisələrində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilmiş növbəti mühazirə Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Məhkəmə Ekspertizası Mərkəzinin orta rəis heyəti və xidmətə yeni qəbul edilmiş əməkdaşları üçün Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Pərvin Rəhimov tərəfindən tədris edilib.
Mühazirə zamanı Ombudsmanın insan hüquqlarının müdafiəsi, müstəqil monitorinq mexanizmlərinin, o cümlədən milli preventiv mexanizm funksiyalarını həyata keçirilməsi sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair informasiya diqqətə çatdırılıb.
Sonda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031