azturkxeber.az
http://azturkxeber.az

AZAL təyyarəsinin vurulması ilə bağlı saxta məlumat yayıldı

28-01-2025 Baxılıb: 81

 

Sosial şəbəkədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin adından saxta xəbər yayılıb.

AzTurkxeber.az, Oxu.az-a istiandən xəbər verir ki, guya XİN-in sözçüsü AZAL-a məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı Rusiyanın iştirakına dair mətbuatda yayılan xəbərləri şərh edib.

Qeyd edək ki, yayılan məlumat saxtadır və həqiqəti əks etdirmir. Nə Xarici İşlər Nazirliyinin rəsmi saytında, nə də Ayxan Hacızadənin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

Xarici İşlər Nazirliyindən də xəbərin saxta olduğu təsdiqlənib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031