azturkxeber.az
http://azturkxeber.az

Ombudsman bələdiyyə seçkilərində səsvermə prosesində iştirak edib

29-01-2025 Baxılıb: 259

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Səsvermədən sonra jurnalistlərə müsahibə verən Müvəkkil bələdiyyə seçkiləri ərəfəsində Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.
Ombudsman ölkəmizdə yaradılmış seçki məntəqələrində müşahidələrin aparıldığını bildirib, bütün məntəqələrdə seçki prosesinin təşkili, seçicilərin səsvermədə sərbəst iştirakı ilə bağlı zəruri addımların atıldığını qeyd edib. Eyni zamanda, əlilliyi olan şəxslərin fərdi qaydada öz iradələrini müstəqil şəkildə ifadə edə bilmələri məqsədilə bir sıra məntəqələrdə pandusların quraşdırıldığını bildirib.
Səbinə Əliyeva ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşlarının parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə apardıqlarını qeyd edib.
Seçkilərin gedişatı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031