Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
AzTurkxeber.az -ın məlumatına görə, komitə sədri Əjdər Əliyev iclasda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyası ərzində komitənin fəaliyyətinə dair hesabatını diqqətə çatdırıb. Yaz sessiyasında görüləcək işlər də müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.
Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.