Bu gün Holokost haqqında maarifləndirmək üçün bir fürsətdir, nifrət və dözümsüzlük bir daha bizim insanlığımızı və başqalarının həyatına hörmətimizi boğmasın - NƏSİMİ ƏBİLOV
Hər il yanvarın 27-də dünya Holokost qurbanlarını Beynəlxalq Anma Gününü qeyd edir.
20-ci əsrin ən dəhşətli soyqırımı İkinci Dünya Müharibəsinin başlaması ilə nasistlər tərəfindən işğal etdikləri ərazilərdə gettolar - yəhudilərin zorla göndərildiyi kiçik qəsəbələr yaratmağa başladılar. Gettoda həyat şəraiti dəhşətli idi: Bura köçürülən insanlar aclıqdan, antisanitar şəraitdən və qəddar rəftardan əziyyət çəkiblər. Onların yerləri şəraitsiz, sənədləri və şəxsi əşyaları götürülmüş, məhbuslar isə ən ağır fiziki işlərlə yüklənirdilər.
Ancaq konsentrasiya düşərgələrinə və ya ölüm düşərgələrinə düşənvyəhudilərin taleyi daha dəhşətli idi. Bu yerlərdə adamların adları götürülüb rəqəmlərlə əvəz olunurdu. Oraya gələn məhbusların əksəriyyəti dərhal məhv edilir, insanlar güllələnir, yandırılır və ya kameralarında dəm qazı ilə zəhərlənirdi. Qalanları işgəncələrə məruz qalıb, ac və ya üzərilərində tibbi təcrübələr aparılırdı.
Holokost zamanı öldürülən yəhudilərin dəqiq sayı yoxdur. Ümumi qəbul edilən rəqəm altı milyondur.
Bu gün Yanvar ayının 27-si insanların Holokost dəhşətlərini unutmaması üçün təsis edilib.
Tarixin bu günü Beynəlxalq təşkilatlar qruplara qarşı zorakılığa səbəb ola biləcək antisemitizm, irqçilik və digər dözümsüzlük formaları problemlərinə diqqəti cəlb etmək məqsədini daşıyırlar.
İkinci Dünya Müharibəsinin bitməsindən 80 il və dörd nəsil keçir. Holokostdan sağ çıxan və ya ölüm düşərgələrinin qapılarını açıb məhkumları azad edənlər azdır. İndi bizdən asılıdır ki, nifrət və dözümsüzlük bir daha bizim insanlığımızı və başqalarının həyatına hörmətimizi boğmasın.
Bu gün eləcədə Azərbaycanın Yəhudi icmalarında Holokost qurbanlarının xatirəsi anılır.
Nəsimi Əbilov
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru