azturkxeber.az
http://azturkxeber.az

Tramp ordunu yenidən formalaşdıracaq sərəncamlar imzalayıb

28-01-2025 Baxılıb: 63

Tramp ordunu yenidən formalaşdıracaq sərəncamlar imzalayıb


Ağ evdən verilən məlumata görə, ABŞ Prezidenti Donald Tramp yanvarın 27-də ordunu yenidən formalaşdıracaq bir sıra sərəncamlar imzalayıb.

AzTurkxeber.az CNN telekanalına istinadla xəbər verir ki, bu sərəncamlar müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərini dəstəkləyəcək və orduda gender radikalizmini aradan qaldıracaq.

Tramp qeyd edib: “ Prezident və Ali Baş Komandan Birləşmiş Ştatların Silahlı Qüvvələri daxilində irqi və cinsinə görə ayrı-seçkiliyin aradan qaldırılması prinsipinə sadiqəm. Orduda heç bir şəxsə və ya qrupa cinsinə, irqinə, etnik mənsubiyyətinə, rənginə və ya məzhəbinə görə üstünlük verilməməli və ya ayrı-seçkilik olmamalıdır”.

ABŞ Prezidenti Silahlı Qüvvələrin hər bir elementinin irqi və ya cinsiyyətə əsaslanan hər hansı üstünlükdən azad fəaliyyət göstərməli olduğunu bildirib və bu məqsədlə yeni qaydaların tətbiq ediləcəyini vurğulayıb. O, həmçinin cinsiyyətini dəyişmiş şəxslərin orduda xidmət etməsinin qarşısını almaq üçün müdafiə nazirinə göstəriş verib.

Tramp, həmçinin amerikalıları qoruya bilmək üçün “Dəmir qübbə” raketdən müdafiə qalxanının yaradılması prosesinə başlamağı tapşırıb. O deyib: “Bilirsiniz ki, biz başqa ölkələri qoruyuruq, amma özümüzü qorumuruq”.

ABŞ Prezidenti COVID-19 vaksinindən imtina etdiyinə görə tərxis olunmuş hərbi qulluqçuların öz vəzifələrinə bərpa edilməsi haqqında sərəncam da imzalayıb. Tramp bu sənədi şərh edərkən deyib: ““COVID peyvəndi ilə əlaqədar Silahlı Qüvvələrdən xaric edilmiş hər hansı bir hərbi qulluqçuya xidmətə tam bərpa edilməsini təklif edəcəyik və onları maaşla əvvəlki rütbəsinə qaytaracağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031