Azərbaycan komandası qarüstü polo üzrə Dünya Kubokunda ikinci yeri tutub
İsveçrənin Sankt Moritz şəhərində keçirilən 40-cı qarüstü polo üzrə Dünya Kubokuna yekun vurulub.
Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, yarışda ölkəmizi təmsil edən “Azerbaijan - Land of Fire” komandası ilk oyununda İsveçrənin "The Kusnacht Practice" kollektivinə 5-5.5 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada isə ABŞ-ın "World Polo League" komandası ilə mübarizə aparan “Azerbaijan - Land of Fire” rəqibini 3.5-3 hesabı ilə məğlub edərək finala vəsiqə təmin edib. Turnirin son və final matçında Azərbaycan təmsilçisi İsveçrənin "The Kusnacht Practice" seçməsi ilə gərgin keçən mübarizə şəraitində keçən görüşdə 5-4,5 hesablı qələbə qazanaraq Dünya Kubokunu ikinci yerdə tamamlayıb.
Tədbirin sonunda idmançılar müxtəlif xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, iki gün davam edən turnirdə 6 komanda iştirak edib.