azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda polis sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxsi saxlayıb

27-01-2025 Baxılıb: 36

Naxçıvanda polis sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxsi saxlayıb

Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə "102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031