azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt” adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edilib

27-01-2025 Baxılıb: 34


Elektron Təhlükəsizlik Xidməti “Azərpoçt” MMC-nin adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşlara növbəti xəbərdarlıq edib.

AzTurkxeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən (ETX) xəbər verir ki, müxtəlif xarici nömrələr vasitəsilə vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir” ”, - deyə ETX-nin məlumatında qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031