azturkxeber.az
http://azturkxeber.az

UNEC-in elmin təşviq edilməsi ilə bağlı təşəbbüsləri Mingəçevirdə reallaşdırılıb

27-01-2025 Baxılıb: 20


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) start verdiyi “Elm gözəldir: məktəbdən elmə” və “Elmin populyarlaşdırılması” təşəbbüslərinin reallaşdırılması istiqamətində UNEC nümayəndələrinin və elm adamlarının növbəti səfəri Mingəçevir şəhərinə olub.

UNEC-dən bildirilib ki, layihənin məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.

Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən görüşdə rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov UNEC-in təşəbbüsünün əhəmiyyətindən danışıb, elmin populyarlaşdırılmasının cəmiyyətdə mühüm yer tutduğunu vurğulayıb. O, elmi mühitin inkişafı və elmin təbliği ilə bağlı MDU-da son illərdə həyata keçirilən işlərdən söz açıb.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev layihənin məqsədini diqqətə çatdırıb, elmin populyarlaşdırılmasında və elmi biliklərin geniş yayılmasında ali təhsil müəssisəsinin üzərinə düşən vəzifələrdən danışıb. O, elm və təhsil müəssisələrini bu istiqamətdə fəal olmağa dəvət edib.

Sonra UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev və akademik Adil Qəribov elmin cəmiyyətə inteqrasiyası, müasir dövrün elmi problemləri və həlli yolları barədə çıxış ediblər.

Məktəblərdə keçirilən görüşlərdə şagirdlərə elmin əhəmiyyəti, müasir texnologiyalar və innovativ inkişaflar haqqında məlumat verilib. Elmə olan marağın uşaqlıqdan başlayaraq inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən alimlər elmin ölkənin inkişafındakı rolundan da danışıblar.

Etibar Əliyev isə gəncləri elmi işlərə cəlb etməyin yollarından söz açıb və elmin müxtəlif sahələri üzrə maraqlı nümunələr gətirib.

Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri dosent Tural Nağıyev, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru dosent Ramil Sadıqov mühəndislik və tətbiqi elmlərin xüsusiyyətləri, bu sahələrdəki yeniliklər və inkişaf edən texnologiyalarla bağlı təqdimatlar ediblər.

Görüşlərdə iştirak edən məktəblilər və müəllimlər elmin daha sadə və maraqlı prizmadan təqdim edilməsini yüksək qiymətləndirib, bu təşəbbüsə digər təhsil müəssisələrinin qoşulmasının və davam etdirilməsinin əhəmiyyətli olacağını vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031