azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan dünyanın üzləşdiyi problemlərin həllində vacib ölkələrdən biridir -KAMİLƏ ƏLİYEVA

26-01-2025 Baxılıb: 130

 

Davos İqtisadi Forumunun növbəti illik toplantısı 20-24 yanvar tarixində keçirildi. Sayca 55-ci olan bu Forum "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında baş tutdu. 

Forumda 60-a qədər ölkənin dövlət və hökumət başçıları, dünyanın nüfuzlu beynəlxalq təşkilatların, 1000-ə yaxın nəhəng şirkətlərin rəhbər şəxsləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri, media nümayəndələri iştirak edirdilər. Ölkəmiz də 1995-ci ildən bu Forumda iştirak edir və Prezident cənab İlham Əliyev 2007-ci ildən bu Foruma qatılır. 
Bu dəfəki Forumda da iştirak edən Prezident cənab İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən, nəhəng beynəlxalq şirkətlərin, böyük maliyyə təşkilatlarının rəhbərləri ilə görüşdü. Qeyd etmək lazımdır ki,  görüşlər qarşı tərəflərin təşəbbüsü ilə baş tutdu. Bu, ölkə başçımızın beynəlxalq içtimayyət tərəfindən böyük siyasətçi və güclü lider şəxsiyyət, Azərbaycan dövlətinin dünyada söz və nüfuz sahibi olan bir ölkə kimi qəbul edilməsinin sübutudur. Dünyanın bir çox dövlətləri Azərbaycanın imkanlarını yüksək qiymətləndirir və rəsmi Bakının fikirlərini nəzərə alırlar. Bu baxımdan Davos İqtisadi Forumu ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının yaradılması və inkişaf etdirilməsi üçün vacib platformadır. Bu gün Azərbaycan nəinki region, global problemlərin həllində də önəmli dövlət hesab olunur. 
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində vacib ölkələrdəndi. Bu faktorlar ölkəmizin bu cür platformalarda iştirakını zəruri edir, eyni zamanda bu cür platformalarda dövlətlərarası əməkdaşlığın perspektivləri müzakirə olunur və fərqli sahələrdə razılaşmalara imza atılır. Bu baxımdan Davos İqtisadi Forumunun Azərbaycan üçün böyük faydası var. Bu Forumun dünyadaki iqtisadi və siyasi proseslərə də böyük təsiri var. Azərbaycan 30 il işğalda qalan torpaqlarını işğaldan azad edərək regionda yeni reallıqlar yaratdı. Dünyanın böyük dövlətlərinin nəhəng şirkətlərinin azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinə cəlb edilməsi məsələləri də gündəmdədir. Bu şirkətlərin işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaları iqtisadi cəhətdən səmərəliliyi ilə yanaşı, siyasi sahədə də nəaliyyəti böyük üstünlüyümüzdü. Davos İqtisadi Forumunda ölkəmizə göstərilən böyük maraq və qayğı sübut edir ki, Azərbaycan dünyanın üzləşdiyi problemlərin həllində vacib ölkədir.

Kamilə Əliyeva 
BDU-nun kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031