Ankarada Qazaxıstanla Türkiyə arasında hərbi əməkdaşlıq planı imzalanıb
Ankarada Qazaxıstanla Türkiyə arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
AzTurkxeber.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədi Qazaxıstan tərəfindən Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi polkovnik Oljas Xusainov, Türkiyə tərəfindən isə həmkarı briqada generalı Çatal Ərdoğan imzalayıb.
Sənədin imzalanması Qazaxıstan nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində baş tutub.
Polkovnik O.Xusainovun sözlərinə görə, ikitərəfli görüş zamanı hərbi təhsil və elm, sülhməramlı fəaliyyət, döyüş və tibbi hazırlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Plan, həmçinin yüksək səviyyəli səfərlərin mübadiləsini nəzərdə tutur.