azturkxeber.az
http://azturkxeber.az

Nazirlik: Ötən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb

27-01-2025 Baxılıb: 16

Nazirlik: Ötən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qaytarılması, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin tədbirlər nəticəsində ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

Uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Görülmüş preventiv tədbirlər nəticəsində ötən il 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Ümumilikdə ötən dövrdə Agentlik tərəfindən 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031