İstanbulda narkotik maddə ticarəti ilə məşğul olan 213 nəfər saxlanılıb
İstanbulda narkotik maddə ticarəti və istehsalı ilə məşğul olanlara qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.
Əməliyyat ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “Narkokapan-10” kod adı ilə aparılan əməliyyat nəticəsində 213 şübhəli saxlanılıb. Onlardan 197-si həbs edilib, 13-ü ilə bağlı məhkəmə nəzarəti qərarı verilib. Əməliyyat zamanı cinayətkarlara məxsus çox sayda narkotik maddə və silah-sursat ələ keçirilib.
Açıqlamasında bu istiqamətdə əməliyyatların davam etdiyini bildirən nazir aparılan hər əməliyyatın, ələ keçirilən hər maddənin gələcək nəsillər üçün mübarizə olduğunu vurğulayıb.