azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror bu qurumlara təşəkkür etdi

27-01-2025 Baxılıb: 69

 

Baş prokuror ötən illərdən bağlı qalmış və hesabat ilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər dövlət qurumlarının fəaliyyətini xüsusi qeyd edərək, göstərilən səmərəli və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib.

AzTurkxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2024-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.

Qeyd olunub ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsində aidiyyəti qurumlarla birgə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031