azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin Ordu şəhəri 1301 dondurma növü ilə Ginnesin Rekordlar Kitabına düşüb

27-01-2025 Baxılıb: 13


Türkiyənin Ordu vilayətindən olan dondurma istehsalçısı 1301 növ şirniyyat hazırlayaraq yeni dünya rekordu vurub.

Cəlal Karaaslanın komandası Ginnesin Rekordlar Kitabının nümayəndələrinin mühakiməsinə balıqdan istifadə edilən məhsullar da daxil olmaqla yüzlərlə növ dondurma təqdim edib.

Rekord 18 gün ərzində müxtəlif növ dondurmalardan ibarət 125 metrlik stolun hazırlandığı Çambaşı dağ-xizək kurortunda qeydə alınıb.

Kitab üçün məlumat toplayan “Guinness World Records” şirkətinin nümayəndələri dondurmanın bütün növlərini şəxsən dadıblar.

“Hakim” Şeyda Subaşı Gemici yeni dünya rekordunun tanındığını elan edib.

Bu, Ginnesin Rekordlar Kitabı nümayəndələrinin əvvəllər 1001 növ dondurma istehsal edildiyi Əbu-Dabidə müəyyən etdiyi rekordun təzələnməsi deməkdir.

Daha sonra istehsal edilən bütün şirniyyatlar Türkiyə vilayətinin sakinlərinə və qonaqlarına paylanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031