azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

23-01-2025 Baxılıb: 30

Yanvarın 23-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.

XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.

İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əminliyini ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031