Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib
AzTurkxeber.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycandan olan qardaş və dostlarımız mənə bildirdilər ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq.
Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.