azturkxeber.az
http://azturkxeber.az

Dövlət orqanlarında 82 vakant vəzifə üzrə daxili müsahibə elan olunub

13-01-2025 Baxılıb: 0

IMG

Dövlət İmtahan Mərkəzi (DİM) 33 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 82 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verib.

DİM-dən bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələrin 8-i inzibati vəzifələrin dördüncü təsnifatına, 16-sı beşinci təsnifatına, 16-sı altıncı təsnifatına və 42-si yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (10 vəzifə) tərəfindən təqdim olunub. Vəzifələrdən 10-u Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 36-sı isə 15 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada aparılması vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 27-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031