Avstraliyanın şimalında yüngül mühərrikli təyyarə bəndə çırpılaraq çoxlu duzlu su timsahlarının yaşadığı su axarına düşüb.
azturkxeber.az xəbər verir ki, bu barədə “NT News” qəzeti Şimal ərazi polisinə istinadla məlumat yayıb.
Təyyarə qəzasının Middle Point kəndi yaxınlığında baş verdiyi bildirilir.
Qəza nəticəsində 63 yaşlı pilot həlak olub, 29 yaşlı sərnişin isə xəsarət almayıb.