Xəzər rayonunda saxlanılan narkokuryerdən 6 kiloqram heroin və marixuana aşkarlanıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.
AzTurkxeber.az xəbər verir ki, tədbir zamanı qeyd edilən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov saxlanılıb. Ondan ümumilikdə 6 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. B.Əhmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.