Türkiyənin müxtəlif yerlərində qeydə alınmış və qorunan, təbii irs sayılan monumental ağaclar tarixə şahidlik edir. Şanlıurfanın Eyyübiyə mahalının kənd ərazisindəki Altınbaşak məhəlləsində yerləşən və “Abidə Ağacı” kimi qeydə alınan 1326 yaşlı zeytun ağacı da zamana meydan oxuyur. Ağacın hündürlüyü 8 metr, gövdəsinin diametri 354 sm, baş hissəsinin diametri isə 10 metrdir.