Xorvatiyada prezident seçkilərinin ikinci turu üçün səsvermə baş tutub. Exit-poll nəticələrinə görə, seçkilərdə Sosial Demokrat Partiyasının dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç qalib gəlib. Zoran Milanoviç 77 faizdən çox səs toplayaraq ikinci dəfə prezident seçilib.
Exit-poll nəticələrinə görə, Milanoviçin ən böyük rəqibi kimi göstərilən iqtidar sağ mərkəzçi Xorvatiya Demokratik İttifaqının namizədi, keçmiş təhsil naziri Draqan Primorac 22 faiz səs toplayıb.